AZ

İsrail ordusu İrana hücumdan əvvəl ABŞ və İsrail pilotlarının danışığını yayıb » AzadMedia.az


İsrail Müdafiə Qüvvələri (SAXAL) sosial şəbəkədə İsrail və ABŞ qırıcı pilotları arasında İrana hücumdan əvvəl baş tutan radio danışıqlarının səs yazısını yayımlayıb. Yazıda israilli pilot ABŞ ordusunu tərifləyərək amerikalı həmkarı ilə birlikdə döyüşməyin onun üçün şərəf olduğunu bildirir. ABŞ pilotu isə cavabında ehtiyatlı olmağı və “güclü zərbə endirməyi” deyir. Bildirilir ki, danışıq “Şir nərəsi” əməliyyatı ərəfəsində qeydə alınıb və bu əməliyyat zamanı İranın ali lideri Əli Xamenei öldürülüb. Bu arada İran dövlət televiziyası yeni ali lider Müctəba Xameneinin ilk bəyanatını yayıb. O, İsrail və ABŞ-dan qisas alınacağını bildirib və region ölkələrini Amerika bazalarını bağlamağa çağırıb. ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb, Tehran isə buna cavab olaraq raket və pilotsuz aparatlarla zərbələr endirib.
Seçilən
34
1
azadmedia.az

2Mənbələr