AZ

Gəncədə yeniyetmə qız 9-cu mərtəbədən YIXILDI

Gəncədə bədbəxt hadisə nəticəsində 13 yaşlı qız xəsarət alıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yeniyetmə hündürmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. 
 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 2013-cü il təvəllüdlü X.Fərəzəliyeva Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
67
8
bizim.media

10Mənbələr