AZ

Türkiyə İran hücumları zamanı niyə S-400-dən istifadə etmədi?

Türkiyə İran tərəfdən mümkün hücumlara qarşı müdafiə zamanı Rusiyadan alınmış S-400 Triumph zenit-raket komplekslərindən istifadə etməyib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyindəki mənbələr məlumat verib. Bildirilib ki, ölkə hava hücumundan müdafiə sahəsində NATO sisteminə inteqrasiya olunduğu üçün müdafiə mexanizmləri əsasən alyansın ümumi hava müdafiə şəbəkəsi üzərindən işləyir.

Nazirlik nümayəndələrinin sözlərinə görə, NATO-nun hava müdafiə arxitekturası üzv ölkələr arasında koordinasiya olunmuş şəkildə fəaliyyət göstərir və Türkiyənin mövcud əməliyyat planları da bu sistem üzərində qurulub. Bu səbəbdən Rusiya istehsalı olan S-400 Triumph kompleksləri həmin prosesə daxil edilməyib.

Məlumata görə, Ankara S-400 sistemlərini aktiv döyüş şəbəkəsinə qoşmaqdan çəkinir. Çünki bu addım NATO ilə texniki uyğunluq problemləri yarada və alyans daxilində təhlükəsizlik məlumatlarının paylaşılması ilə bağlı risklər doğura bilər.

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 sistemləri alması illər əvvəl NATO daxilində ciddi mübahisələrə səbəb olmuşdu. Buna görə də Ankara həmin kompleksləri əsasən ehtiyat və milli müdafiə elementi kimi saxlayır, NATO şəbəkəsi ilə birbaşa inteqrasiyaya isə daxil etmir.

 

Musavat.com

Seçilən
98
musavat.com

1Mənbələr