AZ

"Uzak şehir"in ulduzunun qazancı təəccübləndirdi

Türkiyəli məşhur aktyor Ozan Akbabanın qazancı ilə bağlı maraqlı məlumat üzə çıxıb...

Poliqon xəbər verir ki, sənətçi hazırda rol aldığı "Uzak şehir" serialından kifayət qədər yüksək qonorar əldə edir. Məlumata görə, aktyor serialın hər bir bölümü üçün 1,6 milyon türk lirəsi məbləğində qonorar alır.

Qeyd edək ki, Ozan Akbaba hazırda Türkiyə televiziya məkanında böyük maraqla izlənilən və reytinq rekordları qıran "Uzak şehir" serialında əsas rollardan birini canlandırır. Layihə yayımlandığı gündən etibarən tamaşaçıların diqqətini cəlb etməyi bacarıb və qısa müddətdə ən çox izlənilən seriallardan birinə çevrilib. (Musavat.com)

Poliqon.info

Seçilən
42
4
poliqon.info

5Mənbələr