AZ

Müharibədən əvvəl bu işi açdı, milyarder oldu

Müharibə başlamazdan əvvəl Dubayda ofis açan sığınacaq şirkəti çoxlu sifariş alıb. Metbuat.az xəbər verir ki, şirkət yeraltı daşınmaz əmlak sektorunda milyardlarla dollarlıq bazar açıblar. Məlumata görə, “Atlas Survival Shelters” adlı şirkətin əsas ofisi Texas ştatında yerləşir. Körfəzdəki gərginliyi qabaqcadan görən şirklət müharibənin başlamasından cəmi bir neçə saat əvvəl, Dubayda ofis açıb. O vaxtdan bəri şirkət Qətər, Pakistan, Dubay və ABŞ-dən çoxlu sifarişlər alıb. Şirkətin son üç ilin ümumi gəlirini cəmi bir neçə həftə ərzində əldə edəcəyi təxmin edilir. Məlumata görə, sığınacaq bazarının müştəriləri arasında dünyanın ən varlı və ən məşhurları da var. Sığınacağın 25 min dollar qiyməti olan əsas modeli sakinin həyətinə yerləşdirilir. Sığınacaq dörd nəfərlik ailənin bir həftəyə qədər yeraltında qalmasına imkan verir. Radiasiya və bombardmandan tam qoruyur.

Milyon dollarlıq modellər isə insanların illərlə yeraltında yaşamaq üçün nəzərdə tutulub. Buraya televizorlu qonaq otağı, tam təchiz olunmuş mətbəx, vanna otağı, camaşırxana və hətta silah saxlama otaqları daxildir.

Seçilən
39
1
metbuat.az

2Mənbələr