AZ

Şəhid qəhrəmanımız: "Siz düşmən üzərində qələbə çalıb, xidməti başa vurmanın nə demək olduğunu bilirsinizmi?!"

25 may 1976-cı ildə Bakıda anadan olur...

1982 / 1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 saylı tam orta məktəbdə orta təhsil alır...

1995 / 1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olur...

1997 / 2001-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsil alır...

2001 / 2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində təcübə keçir...

2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir...

Türkiyə, Çexiya, Çin və bir sıra dövlətlərdə hərbi təlimlərdə, kurslarda iştirak edir...

Xidməti müddətində polkovnik-leytenant rütbəsinə qədər yüksəlir...

2016-cı ilin Aprel döyüşlərində uğurla iştirak edir...

Açıklama
Vətən müharibəsində rəhbərlik etdiyi şəxsi heyətlə birgə Murov dağı silsiləsindəki zirvələrdən birinin azad olunmasında və bununla da odumuzun böyük hərbi üstünlük əldə etməsində xüsusi şücaət göstərən, Suqovuşan və ətraf kəndlərin azad edilməsində igidlik və mərdlik nümayiş etdirərək şəhidlik zirvəsinə yüksələn Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Əfqan Ağasəf oğlu Abdurrahmanov!

Qəhrəmanımız xidməti müddətində "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla, o cümlədən, "Hərbi Xidmətdə Fərqlənməyə görə" 3-cü dərəcəli medalla, "Suqovuşanın azad olunmasına görə" medalı, "Vətən uğrunda" medalı və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.

Aprel döyüşlərində ən yaxın dostunun, Murad Mirzəyevin ölüm xəbərilə sarsılan qəhrəman zabitimiz onu heç vaxt unutmur, vaxtaşırı ziyarət edir. İkinci belə bir sarsıntını isə o Polad Həşimov şəhid olanda yaşayır. Məzuniyyətdəykən xəbəri alan qəhrəmanımız "Polad şəhid olub, mən istirahət edə bilmərəm" deyərək, dərhal hərbi hissəyə qayıdır.

Döyüş zamanı Murovdağı silsiləsindəki zirvələrdən birinin azad olunması zamanı rəhbərlik etdiyi dəstə ilə sis dumana düşür. Duman o qədər sıx olur ki, göz gözü görmür. Cüzi bir səhv düşmən mühasirəsinə düşmək demək idi. Əfqan Əbdurrahmanovun bacarığı, çətin vəziyyətdən çıxmaq üçün verdiyi tapşırıq nəinki dəstə üçün, həmçinin əməliyyatın uğurla yerinə yetirilməsində mühüm rol oynayır: "Sıraya düzülün. Öndə mən gedəcəyəm. Bir-birinizin kəmərindən tutun və ardımca gəlin!"

Lakin bu son olmur. Dəstə Suqovuşanın müdafiəsi zamanı da mühasirəyə düşmək təhlükəsi ilə üzləşir. Burada da Əfqan Qəhrəmanovun güclü hərbi hazırlığı, bacarığı, yüksək döyüş ruhu sayəsində bu çətinliyi də dəf edə bilirlər.

" Siz düşmən üzərində qələbə çalıb, xidməti başa vurmanın nə demək olduğunu bilirsinizmi?" deyən zabitimiz bütün xalqımıza düşmən üzərində qələbə çalıb sevinməyin necə bir hiss olduğunu canı, qanı bahasına öyrətdi!

Ailəsi onun təqaüdə çıxıb onlarla birgə yaşamasını arzulasa da, Əfqan Abdurrahmanov şəhidlik mərtəbəsinə yüksələrək vətənin Zəfər tarixində, xalqın qəlbində Qəhrəman kimi yaşamağı seçdi...

Həyatını vətənə fəda edən qəhrəmanımız! Biz də səni unutmayacaq, unutdurmayacaq, hər daim rəhmət, sevgi, qürurla anacağıq!

Sən tabeçiliyində olan əsgərlərin yaddaşında təkcə tələbkar komandir kimi yox, həm də qayğıkeş ata, böyük qardaş kimi, xalqın da qəlbində Zəfər qazanan qəhrəman kimi yaşayacaqsan!

Sevinc Bəhmənli

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Seçilən
87
1
turkustan.az

2Mənbələr