İraqın Bağdad şəhərinin cənub hissəsindəki Saqr hərbi düşərgəsi hücuma məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə İraqın "Shafaq News" xəbər portalı mənbəyə istinadən məlumat yayıb.
Tələfat və ya zərərin miqyası barədə hələlik məlumat yoxdur və heç bir tərəf hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Bəzi məlumatlara görə, obyektə zərbə havadan endirilib.
Paytaxtın yaşayış rayonunun yaxınlığında yerləşən Saqr düşərgəsi Daxili İşlər Nazirliyi, federal polis və "Əl-Həşd əş-Şaabi" bölmələri də daxil olmaqla, birləşmiş təhlükəsizlik qüvvələri üçün bazadır.