AZ

Donald Trumpdan İran üçün dünya çempionatı xəbərdarlığı

ABŞ prezidenti Donald Tramp İran milli futbol komandasının ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında iştirakının təhlükəsiz olmaya biləcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Tramp bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

"İran milli futbol komandası Dünya Kubokunda xoş qarşılanardı, amma onların həyat və təhlükəsizliyi üçün orada (ABŞ-da) olmağın uyğun olduğunu düşünmürəm".

ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi 23-cü Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.

FIFA prezidenti Canni İnfantino dünən ABŞ prezidenti Donald Trampla İran milli komandasının 2026-cı il dünya çempionatında iştirakını müzakirə edərək bildirib: "Müzakirələrdə prezident Tramp İran milli komandasının, əlbəttə ki, ABŞ-dakı turnirə dəvət olunduğunu bir daha təkrarladı. İnsanları bir araya gətirmək üçün dünya çempionatı kimi bir tədbirə əvvəlkindən daha çox ehtiyacımız var və ABŞ prezidentinə dəstəyinə görə səmimi qəlbdən təşəkkür edirəm, çünki bu, bir daha futbolun dünyanı birləşdirdiyini göstərir".

Seçilən
55
90deqiqe.az

1Mənbələr