AZ

Həbsxana əməkdaşları kütləvi şəkildə işdən çıxır

Rusiya Federal Cəza Xidməti ciddi kadr çatışmazlığı ilə üzləşib, şəxsi heyətin çatışmazlığı 30,5 faizi ötüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə nazirliyin yekun kollegiyasındakı çıxışında Rusiya Federal Cəza Xidmətinin rəhbəri Arkadi Qostev məlumat verib.

Onun sözlərinə görə, bir çox bölmələrdə zabit çatışmazlığı 50 faizə və daha çoxa çatır. 13 regional orqanda “idarəedici heyət” üzrə vakant vəzifələrin sayı 35-51 faiz, 29 bölmədə isə kiçik idarəedici heyət üzrə çatışmazlıq 40-50 faizdir. 16 regional orqanda bu göstərici 50 faizdən artıqdır.

Bundan əlavə, 2022-ci ildən etibarən xidmətdə olan və keçmiş 4,8 min əməkdaş Ukraynada müharibəyə gedib. Onlardan 708 nəfəri həlak olub, 388 nəfəri yaralanıb, travma və kontuziya alıb.

Qostev bildirib ki, belə vəziyyətdə “vəzifələrin icrası qaçılmaz olaraq iş yükünün, yorğunluğun və kollektivdə gərginliyin artmasına gətirib çıxarır”.

Onun sözlərinə görə, əməkdaşların 40 faizdən çoxu pensiyaya çatmadan işdən çıxır.

Sara
NOCOMMENT.az

Seçilən
31
nocomment.az

1Mənbələr