AZ

"Survivor" çempionundan narkotik açıqlaması - Nəticəni paylaşdı

Keçmiş boksçu və "Survivor" çempionu Adəm Kılıççı narkotik istifadəsi iddiaları ilə bağlı yeni açıqlama verib.

Musavat.com xəbər verir ki, Kılıççı sosial media hesabında müstəqil laboratoriyada etdiyi narkotik testinin mənfi nəticə verdiyini paylaşıb.

İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan genişmiqyaslı narkotik araşdırması çərçivəsində bir çox tanınmış şəxsə qarşı əməliyyat keçirilib. Əməliyyat çərçivəsində Kılıççı da saxlanılıb və dindirilib.

İstintaq çərçivəsində çoxsaylı şübhəlilərdən qan, saç və sidik nümunələri götürülərək analiz üçün göndərilib. Kılıççı prokurorluğa verdiyi ifadədə qardaşının bu yaxınlarda xərçəngdən vəfat etdiyini və yaşadığı böyük kədər səbəbindən "bir dəfə" marixuana istifadə etdiyini bildirib.

Kılıççı həmçinin bildirib ki, axtarışlar zamanı Trabzondakı evində heç bir narkotik tapılmayıb.

Müstəqil bir laboratoriyada testdən keçən Kılıççı nəticəni sosial mediada paylaşdı. Testin mənfi olduğunu bildirən Kılıççı paylaşımında ona qarşı irəli sürülən iddialara cavab olaraq bu nəticəni ictimaiyyətlə paylaşdığını bildirib: 

 "Saxta xəbərlər tez yayılır. Həqiqi xəbərlər zəifləyə bilər, amma gec-tez öz ünvanına çatır. Qan və sidik testlərimin nəticələri və onları aparan qurum kənarda yazılıb. Hər şeyi şəffaf şəkildə paylaşıram, görək bu nə qədər yayılacaq... Bundan əlavə, bu açıqlamanı vermək məcburiyyətində qaldığım üçün hətta utanıram. Bu xəbəri mənim haqqımda uyduran saxta xəbər müxbirlərinə ayıb olsun. Ədalətə və qanuna qəti inanan bir idmançı olaraq, hüquqi mübarizəmi sona qədər davam etdirəcəyəm".


Könül

Musavat.com

Seçilən
89
musavat.com

1Mənbələr