AZ

Bu gün İran ərazisindən daha 13 nəfər təxliyə olunub - YENİLƏNİB

Bu gün Azərbaycan vasitəsilə İran ərazisindən saat 12.00-dan 21.00-dək 1 Özbəkistan vətəndaşı təxliyə olunub.

"Report"un Cənub bürosunun məlumatına görə, həmin müddətdə təxliyə olunanlar arasında 3 Azərbaycan, 2 Pakistan vətəndaşı da olub.

Bundan əlavə, gün ərzində Yunanıstanın İrandakı səfirliyinin 7 əməkdaşının da "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyəsi baş tutub.

İrandan martın 12-də saat 10:00-12:00 aralığında daha 6 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

"Report"un Cənub bürosu xəbər verir ki, təxliyə "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

Onların 4-ü Azərbaycan, 1-i Çin, 1-i isə Qazaxıstan vətəndaşıdır.

Seçilən
100
3
far.az

4Mənbələr