AZ

Hülya Avşarın gəncliyini o canlandıracaq - FOTOLAR

Türkiyəninin ATV telekanalında yayımlanan “Aynı Yağmur Altında” serialına yeni aktrisa qatılır.

“Yeni Sabah” xəbər verir ki, bu dəfə seriala gənc aktrisa  Hülya Diken də qoşulacaq. Prodüserlər 15 namizəd arasından seçdikləri Dikeni heyətə daxil edərək layihədə aktrisa Hülya Avşarın canlandırdığı Fazilet obrazının gəncliyinə həyat verəcək.

“Aynı Yağmur Altında” 2026-cı ildə  yayımlanan dram-sevgi janrında serialdır. Hekayənin mərkəzində insan haqları uğrunda mübarizə aparan gənc qadın Rosa dayanır. Londonda qatıldığı etiraz zamanı həyatını kökündən dəyişdirəcək hadisələrlə üzləşən Rosa ağır bir xəstəliklə mübarizə apararkən şəxsi məsələ üçün İstanbula üz tutur. Burada həmin etirazda ilk dəfə rastlaşdığı Ali ilə təsadüfən yenidən qarşılaşır və aralarında sürətlə güclü bir əlaqə yaranır, lakin bu sevgi heç də asan bir yol seçmir. Ailə təzyiqləri, inanc fərqləri və qarşılarına çıxan çətinliklər bu iki gəncin münasibətini sınayır.  

Əsmətxanım


Telegram kanalımız
Seçilən
89
yenisabah.az

1Mənbələr