AZ

Füzulidə atla minaya düşən çoban öldü

Füzulidə mina hadisəsinin baş verməsi nəticəsində atla minaya düşən çoban həyatını itirib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Aşağı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu mina hadisəsi nəticəsində həyatını itirib.

Hadisə yerinə cəlb edilmiş ANAMA mütəxəssisləri mərhumun meyitini götürərək aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
13
heftelik.az

10Mənbələr