
Tarix boyu müxtəlif xalqlar haqqında fərqli streotiplər formalaşıb. Məsələn, vikinqlər və skandinav xalqları döyüşkənlikləri və cəsarətləri ilə məşhurdur. Digər tərəfdən, bəzi dövrlərdə fransızlar haqqında müharibələr kontekstində “tez geri çəkilən” təsəvvürləri yaranıb. Tarixi və siyasi hadisələr bu streotiplərin formalaşmasında əsas rol oynayıb, lakin bu, xalqın bütün üzvlərinə aid deyil.
Yaponlar isə samuray ənənələri və şərəf kodeksi ilə cəsarətlə əlaqələndirilir. Eyni zamanda, ruslar və türklər haqqında döyüşkən və sərt olduqlarına dair fikirlər mövcuddur. Bu təsəvvürlər tez-tez mədəniyyət və tarixə əsaslanır, amma hər bir xalqın daxilində həm cəsur, həm də ehtiyatlı insanlar var.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqına münasibətdə ən xoş epitetləri eşitmək mümkündür. Hazırda azərbaycanlılar qəhrəman xalqın nümayəndələri kimi tanınırlar. Ənənə ilə müasirliyin vəhdəti bu qənaəti daha da gücləndirib.
Psixoloqlar bildirir ki, qorxu və cəsarət fərdi xüsusiyyətlərlə bağlıdır, milli kimliklə yox. Sosial mühit, iqtisadi vəziyyət, təhsil və təhlükəsizlik insanların davranışlarını daha çox müəyyən edir. Buna görə bütöv bir xalqı “qorxaq” və ya “cəsur” kimi damğalamaq düzgün deyil.
Mütəxəssislər vurğulayırlar ki, belə streotipləri aradan qaldırmaq və xalqları fərdi davranışları ilə qiymətləndirmək vacibdir. Qlobal dünyada bir-birini anlamaq, mədəniyyətləri tanımaq və qarşılıqlı hörməti gücləndirmək streotiplərin yaratdığı yanlış təsəvvürləri yıxmaq üçün ən yaxşı yoldur.\\Metbuat.Az