AZ

ABL: XIX tura start verildi

Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə B qrupunun iki qarşılaşması keçirilib.

Bu matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" isə "Sərhdəçi"ni (83:67) məğlub edib.

Görüşlərdən biri Sumqayıt Olimpiya İdman Kompleksində, digəri Bakı İdman Mərkəzində baş tutub.

Qeyd edək ki, XIX tura martın 15-də yekun vurulacaq.

Seçilən
7
2
fanat.az

3Mənbələr