ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Azərbaycan parlamenti süni intelektlə bağlı yeni qanunvericilik aktları qəbul edəcək.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, yeni qəbul olunacaq qanunlarda cəza tədbirləri də nəzərdə tutulur.
Belə ki, məzmunu süni intellekt ilə hazırlanan materiallara onun süni intellekt olduğunu ifadə edən nişan qoyulması tələbi əks olunacaq. Bunu etməyən şəxslər isə cərimə olunacaq.
Daha bir sərt qanun isə süni intellektlə seksual məzmunlu materiallar hazırlayanlar və yayanlar üçün həbs nəzərdə tutulacaq.
Afət
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.