Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
“‘Dinamo Kiyev’”in müdafiəçisi Taras Mıxavko Avropa klublarının diqqətini cəlb edib.
Fanat.Az xəbər verir ki, futbolçu ilə "Mançester Yunayted" və "Çelsi" maraqlanır.
Məlumata görə, hər iki klub gənc müdafiəçini skaut siyahısına daxil edib. Onun çıxışları uzun müddətdir izlənilir.
Sol ayaqlı mərkəz müdafiəçisi artıq Ukrayna millisində də debüt edib. O, 2023-cü ildə əsas komandaya yüksəldikdən sonra “Dinamo Kiyev”in vacib oyunçularından birinə çevrilib.
İngiltərə klubları gənc futbolçunun inkişaf potensialını yüksək qiymətləndirir. Yay transfer pəncərəsində onunla bağlı rəsmi təklifin veriləcəyi istisna olunmur.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.