AZ

Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunub

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Türk dünyasının zəngin mədəniyyətini tərənnüm edən konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, gecədə Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının (direktor-baş dirijor Mustafa Aşurov) rəqs qrupu (baletmeyster Ceyhun Qubadov), həmçinin müxtəlif türk respublikalarının unikal musiqi irsini təmsil edən tanınmış solistlər çıxış ediblər.

Proqramda türk xalqlarının milli kimliyini əks etdirən alovlu rəqslər, duyğulu mahnılar və ortaq Türk dünyasının sarsılmaz birliyini nümayiş etdirən folklor nümunələri səsləndirilib.

Müxbir: Gülay Nəzərova

Fotoqraf: Nicat Haşimov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
3
azertag.az

4Mənbələr