"Oskar" mükafatı laureatı, məşhur aktrisa Nikol Kidman karyerası ərzində çəkiliş meydançasındakı ən pis öpüşmə təcrübəsindən danışıb.
Publika.az-ın "Las Culturistas" podkastına istinadla verdiyi məlumata görə, 58 yaşlı ulduz bu hadisənin 2017-ci ildə ""Big Little Lies" serialının çəkilişləri zamanı həmkarı Aleksandr Skarsqardla yaşandığını bildirib.
Aktrisa etiraf edib ki, həmin səhnələrdən əvvəl Skarsqard onun qoxusuna dözə bilmədiyi falafel sendviçi yeyibmiş.
Kidman həmin anları xatırlayaraq deyib:
"Düşündüm: Yox, yox, yox, Aleks. Sənə aşiq olmalı və öpməliydim — falafeli dərhal yığışdır".