İran rəsmilərinin Tehran şəhərində banka edilən hücuma cavab veriləcəyi ilə bağlı bəyanatlarından sonra bir sıra Qərb bankları Yaxın Şərqdəki ofislərinin fəaliyyətini məhdudlaşdırmağa başlayıb.
Far.Az xəbər verir ki, HSBC beynəlxalq bankı Qətərfədki bütün filiallarının işini müvəqqəti dayandırıb.
Bildirilib ki, ABŞ bankı "Citibank" ən azı martın 16-dək BƏƏ-dəki bütün ofislərini bağlayıb. Britaniyanın "Standard Chartered" bankı isə Dubayda çalışan əməkdaşlarını məsafədən işləməyə göndərib.
Bundan əvvəl "Bloomberg" agentliyi də Dubayda fəaliyyət göstərən bir sıra bankların, o cümlədən "Goldman Sachs"un əməkdaşlarından evdən işləmələrini xahiş etdiyini yazmışdı.
Hadisə İran hərbçilərinin ABŞ və İsrailin hücumunun uğursuz olduğunu və bunun *ehrana həmin ölkələrə məxsus iqtisadi mərkəzlərə və banklara zərbə endirmək üçün imkan yaratdığını bildirdiyi gün baş verib.