AZ

"Barselona"nın sabiq hücumçusu yenidən kataloniyaya dönür

"Barselona" sabiq futbolçusu Abde Ezzalzunini yenidən heyətinə qatmaq üzərində çalışır.

Moderator.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hazırda "Real Betis"in formasını geyinən 24 yaşlı hücumçunun xidmətində yaxından maraqlıdır. Klub rəhbərliyi hesab edir ki, mərakeşli forvard komandanın hücum xəttini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Qeyd edək ki, "Barselona"nın öz yetirməsi olan gənc futbolçu cari mövsümdə iştirak etdiyi bütün turnirlərdə 28 oyun keçirib. O bu qarşılaşmalarda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Ezzalzuninin "Betis" klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatır.

Barselonadan sürpriz qərar: Sabiq hücumçusu yenidən kataloniyaya dönür

Seçilən
3
1
moderator.az

2Mənbələr