AZ

Çin təyyarələri yenidən Tayvan yaxınlığında: Pekin Trampla görüşdən əvvəl sakitliyi pozdu

Qısa fasilədən sonra Çin yenidən Tayvan ətrafında təxribatlar törətməyə başlayıb.

Çin qısa fasilədən sonra Tayvan yaxınlığında aktiv hərbi uçuşları bərpa edib və bu, ABŞ və Çin liderləri arasında görüşə hazırlıqla əlaqələndirilib.

Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Çərşənbə səhərindən cümə axşamı səhərinə qədər Tayvanın hava hücumundan müdafiə zonasında Xalq Azadlıq Ordusunun beş təyyarəsi müşahidə edilib.

Onlardan üçü qeyri-rəsmi sərhəd olan Tayvan boğazının orta xəttini keçib.

Pekinin səbəblərini izah etmədiyi bu aktivlik sakitlik dövrünü pozdu,

Tayvanın statusu Vaşinqton və Pekin arasındakı münasibətlərdə ən mübahisəli məsələlərdən biri olaraq qalır.

QAZİLER.AZ

Seçilən
39
qaziler.az

1Mənbələr