AZ

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 12 mart, AZƏRTAC

Türkiyə regionda gərginliyin aradan qalxması üçün səylərini əsirgəmir. Ankara İranın parçalanmasına və qonşu ölkədə vətəndaş müharibəsinin alovlanmasına yönəlmiş istənilən plana, o cümlədən separatizm və etnik qarşıdurma yaradılmasından istifadə edilməsinə qarşı çıxır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, İran məsələsi almaniyalı həmkarı ilə aparılan danışıqların əsas mövzularından biri olub.

“İranda baş verənlər kontekstində heç bir yanlış addıma yol verilməsinə imkan verməyəcəyik. Türkiyə müharibənin gedişi və onun nəticələri ilə bağlı hadisələrin inkişafının bütün ssenarilərinə hazırdır”, – deyə türkiyəli nazir vurğulayıb.

H.Fidan qeyd edib ki, dünyada və Yaxın Şərqdə baş verən son hadisələr, müttəfiqlik əlaqələrinin, o cümlədən Avropanın təhlükəsizliyinin təməl daşı olan NATO çərçivəsindəki əlaqələrin əhəmiyyətini bir daha göstərir.

Türkiyə diplomatiyasının rəhbəri Almaniyanın Türkiyənin Avropa İttifaqına üzvlük prosesinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
6
azertag.az

8Mənbələr