Ajans.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Noemin Daxili Təhlükəsizlik Katibi vəzifəsindən istefa verməsində həlledici amil onun müşaviri Kori Levandovski ilə münasibətləri ilə bağlı suala verdiyi cavab ola bilərdi. Dinləmə zamanı konqresmenlərdən biri Noemdən Levandovski ilə cinsi əlaqədə olub-olmadığını birbaşa soruşub. Katib sualı cavablandırmaqdan imtina edib və bunu "tabloid cəfəngiyatı" adlandırıb. Digər qanunvericilər ona məsələni dayandırmaq üçün sadəcə "yox" deməyi təklif etdikdə, o, imtina edib. Ağ Evdəki mənbəyə görə, bu epizod "son damla" olub, çünki onun cavabı tabeliyində olan şəxslə münasibətinin faktiki olaraq etirafı kimi görünürdü. Noemin 30 ildən çoxdur evli olduğu əri də dinləmədə iştirak edib.