AZ

Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü təhlükəli anlara səbəb olub. 

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 11-də saat 09:07 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, 99-BM-758 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşını hərəkət zamanı qəfil sola – əks yola manevr edib. Bu zaman o, qarşı tərəfdən gələn motosiklet üçün qəza şəraiti yaradıb və sürücü son anda yük maşınına çırpılmaqdan  xilas olub. 

Qeyd edək ki, istənilən halda belə manevrlər həm digər yol iştirakçıları, həm də sürücü üçün ciddi təhlükə yaradır və yol hərəkəti qaydalarının kobud pozuntusu hesab olunur. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
avtosfer.az

1Mənbələr