Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Pop musiqisindən uzaqlaşdığım üçün insanlarda çox yanlış təəssürat qalıb. Elə bilirlər ki, mən səhnədən getmişəm”.Demokrat.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Musicologiya” yutub layihəsində deyib.“Mənə deyirlər ki, qayıdın. Mən heç yerə getməmişəm axı. Elə səhnədə mənəm də. Böyük səhnədə, böyük sənətdə həmişə özüm olmuşam. Yalnız pop oxumağa və pul qazanmağa köklənməmisənsə, bu o demək deyil ki, səhnədə və sənətdə deyilsən. Bu heç doğru deyil. Tək qalanda düşünürəm ki, bu qədər əziyyət çəkirəm, niyə insanlar bunu görmür? Hələ məni də günahlandırırlar ki, sən niyə efirlərdə yoxsan, qayıt... Efirdə efirlik qoyublar ki? Mən efirə özümü yaraşdırmıram, ya da o efir mənə yaraşmır. Məcburam ki, efirdə kimləsə çənə-çənəyə verib qeybət edim, kimləsə qırğına çıxım, aləm dəysin? Mənim kimi düşünən az deyil. Kifayət qədər Xalq artistlərimiz, əjdaha musiqiçilərimiz var ki, öz abırlarına bürünüb oturublar. Nəticə də odur ki, efir nə günə qalıb.Həmçinin oxu:
Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən daha faydalıdır
Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb
Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış — İllər sonra açıqlandıBiz öz abırımıza bürünüb susuruq, həyasız da elə bilir ki, deməyə sözümüz yoxdur. Televiziya rəhbərliyi tərəfindən o şərait heç bir aparıcıya, ifaçıya, verilişə yaradılmamalıdır. Efir çağırılmamış qonaqdır, açdın, oturur düz evinin ortasında. Birbaşa uşağının tərbiyəsini də korlaya bilər, tərbiyə də verə bilər, mədəniyyətini korlaya bilər, mədəniyyət də verə bilər. O verilişə ki, məni qeybət etməyə çağırırlar, deyirəm ki, məni niyə çağırırsınız? Mən gəlməyəcəyəm”, - o qeyd edib.Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.