Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bakı, 12 mart, AZƏRTAC
Zəngəzur dəhlizinin ölkəmizin yeni iqtisadi reallıqları və davamlı islahatları müstəvisində müəllifi olduğu meqaiqtisadi layihədir. Bununla yanaşı, bu layihəni reallaşmış olması, Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdıra bilər.
Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov AZƏRTAC-a açıqlamasında bildirib ki, məhz buna görə də, bu layihənin zəruri mahiyyətini daha çox beynəlxalq miqyasına görə izah etmək olar.
“Daha doğrusu, Zəngəzur dəhlizi ölkəmizin və ona bağlı olan Naxçıvan Muxtar Respublikasının beynəlxalq iqtisadi münasibətlərin daha çevik iştirakçısı və hərəkətverici qüvvəsi olacağına əsaslar gətirmiş olacaq. Bu layihə ilk növbədə, ölkəmizin ərazisinin əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsinin bərpasını təmin edərək regiondaxili nəqliyyat sistemini daha funksional hala gətirə bilər. Beləliklə, regionda nəqliyyat-kommunikasiya xətləri yenidən formalaşacaq və alternativ marşrutların yaranması ticarət dövriyyəsini genişləndirəcək.
Eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyəti xüsusilə də, 2025-ci ilin avqust ayında ABŞ, 2026-cı ilin yanvar ayında isə Davos görüşlərində Azərbaycan və ABŞ dövlət başçılarının görüşlərində də bir daha onun həm milli, həm də beynəlxalq mahiyyətli əhəmiyətindən bəhs ediblər. Həmin proseslər, həmçinin Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirərək region ölkələri arasında qarşılıqlı əlaqələri gücləndirmiş olacaq. Bu isə siyasi və iqtisadi sabitliyin möhkəmlənməsinə, həmçinin regional əməkdaşlıq mühitinin formalaşmasına töhfə verə bilər. Digər tərəfdən, yeni nəqliyyat marşrutlarının yaranması regionun beynəlxalq tranzit rolunu gücləndirərək Avropa ilə Asiya arasında alternativ logistika xəttinin formalaşmasına şərait yaradacaq”, - deyə C.Qasımov qeyd edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.