AZ

Seneqalın sabiq prezidenti dövlətlər arasında dialoqu gücləndirməyə çağırıb

Bakı. Trend:

Qlobal çağırışların aradan qaldırılması üçün dövlətlər arasındadaha fəal dialoq və birgə həll yollarının tapılması zəruridir.

Trend xəbər verirki, bunu Seneqalın sabiq prezidenti Maki Sal “Keçid dövründə olandünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusundakeçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“Ümumi problemlərin həlli yollarını tapmaq üçün yenilənmiş vəpraqmatik çoxtərəfli əməkdaşlıq modeli çərçivəsində dialoqaehtiyacımız var. Əgər bunu etməsək, son dərəcə əlverişsizvəziyyətlə üzləşmək riski ilə qarşılaşarıq”, – deyə Sal qeydedib.

Onun sözlərinə görə, müasir beynəlxalq qarşılıqlı fəaliyyətmodeli investisiyalar və ticarətə əsaslanan daha sıx tərəfdaşlıqistiqamətində inkişaf etməlidir ki, bu da birgə artımın və ümumirifahın təmin olunmasına imkan verəcək.

Seçilən
106
2
az.trend.az

3Mənbələr