ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Moskva, 12 mart, AZƏRTAC
İrandan idxal azalarsa, Azərbaycan Rusiya bazarına meyvə-tərəvəz tədarükünü artıra bilər.
AZƏRTAC xəbər verir ki, “Rusprodsoyuz” assosiasiyası Rusiya bazarında geniş alternativ meyvə-tərəvəz tədarükçülər dairəsinin olduğunu bildirib.
Təşkilat qeyd edib ki, İran Rusiyaya meyvə-tərəvəz məhsulları ixrac edən ölkələr sırasındadır, lakin zərurət yaranarsa, tədarük tez bir zamanda digər dövlətlərlə əvəz edilə bilər.
Xüsusilə, Azərbaycan, Özbəkistan, Türkiyə, Gürcüstan, Serbiya və digər ölkələr meyvə-tərəvəz tədarükünü artıra bilər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.