AZ

Məktəblilərə məişət zorakılığının fəsadları barədə məlumat verilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Beyləqan şəhəri, Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumi təhsil məktəbində məişət zorakılığı mövzusuna həsr olunan maarifləndirici görüş keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə VIII-XI sinif şagirdləri və QHT üzvləri iştirak ediblər.

Görüşdə agentliyin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, məişət zorakılığı mövzusunda təqdimat edilib. Şagirdlərə məişət zorakılığının formaları, onun yaratdığı fəsadlar və belə hallarla qarşılaşdıqda müraciət edə biləcəkləri dəstək mexanizmləri izah olunub.

Tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
azertag.az

1Mənbələr