Macarıstan müsadirə edilmiş iki inkassator maşınını Ukraynanın "Oschadbank" bankına qaytarmağa razılıq verib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, Macarıstan maşınları qaytarmağa razılaşsa da, pul və qızılı özündə saxlayacaq.
“Oschadbank”dakı mənbə bildirmişdi ki, ukraynalı kollektorlar bir neçə ildir ki, Avstriyadan Macarıstan vasitəsilə valyuta və qızıl daşıyırlar.
2022-ci ildən etibarən bank inkassatorları Avropadan nağd pulu yalnız quru nəqliyyatı ilə çatdırmağa başlayıb.
Daha əvvəl “Oschadbank” Macarıstan hakimiyyətini maliyyə qurumuna məxsus əmlakı qanunsuz olaraq saxlamaqda ittiham edən rəsmi açıqlama yaymışdı.