AZ

Böyük Britaniyadan olan tülkü gizlicə gəmiyə minib ABŞ-yəÇATDI

Böyük Britaniyada yaşayan tülkü yük gəmisinə gizlicə minərək Atlantik okeanını keçib və ABŞ-yə çatıb. Bu barədə hazırda heyvanın saxlanıldığı "Bronx Zoo" nümayəndələri məlumat verib.

Redaktor.az xəbər verir ki, hadisə barədə "The Guardian" qəzeti yazıb.

Məlumata görə, tülkü Southampton limanından New York City istiqamətində hərəkət edən və avtomobillər daşıyan yük gəmisində aşkar olunub. Heyvanın gəmiyə necə mindiyi hələlik məlum deyil.

Tapıldıqdan bir gün sonra tülkü zooparka gətirilib. Baytarların ilkin qiymətləndirməsinə əsasən, onun təxminən iki yaşı var və çəkisi beş kiloqram civarındadır. İlkin müayinələr heyvanın sağlam olduğunu göstərib.

Hazırda tülkü əlavə tibbi müayinələrdən keçirilir. Bu prosedurlar başa çatdıqdan sonra onun üçün daimi saxlanılma yeri müəyyən ediləcək.

Zooparkın baytarlıq mərkəzində heyvan tərəvəz, meyvə, zülallı qidalar və peçenyeni xatırladan xüsusi yemlərlə qidalandırılır.

Nuriyyə NATİQQIZI

Seçilən
40
1
redaktor.az

2Mənbələr