AZ

Birləşmiş Ştatlar tankerləri Hörmüz boğazında müşayiət etməyə hələ hazır deyil - ABŞ-nin energetika naziri

Bakı. Trend:

ABŞ Hərbi Dəniz Qüvvələri hələlik neft tankerlərini Hörmüzboğazı vasitəsilə müşayiət etməyə hazır deyil.

Trend xəbər verirki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.

Raytın sözlərinə görə, hərbi qüvvələrin hazırkı əsas diqqətiİranın hücum potensialına qarşı əməliyyatlara yönəlib.

“Bu nisbətən yaxın zamanda baş verəcək, lakin hazırda mümkündeyil,” — deyə Rayt "CNBC"yə müsahibəsində bildirib.

“Biz sadəcə olaraq hələ hazır deyilik. İndi bütün hərbiresurslarımız İranın hücum imkanlarının və bu imkanları təmin edənistehsal sənayesinin məhv edilməsinə yönəlib”.

Rayt əlavə edib ki, Hərbi Dəniz Qüvvələri ayın sonunadəkmüşayiət əməliyyatlarına başlamağa hazır ola bilər və bu məsələrəsmilərlə müzakirə olunur.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr