AZ

Afət yeni evini NÜMAYİŞ ETDİRDİ: "Bizdə pul qurtarmır..." - VİDEO

Müğənni Afət Fərmanqızı sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət mərkəzinə düşüb.

Sənətçi yeni aldığı evi izləyicilərinə nümayiş etdirərək onun artıq kirayəyə verildiyini bildirib. Paylaşımda evin görüntülərini göstərən müğənni təmir işlərinin hələ tam başa çatmadığını da qeyd edib.

Afət Fərmanqızı paylaşımında ustanı gözlədiyini deyərək zarafatla "gəlin bizdə pul qurtarmır, sadəcə bəzən azala bilər" sözlərini yazıb.

Onun bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər sənətçinin sözlərini yumor kimi qiymətləndirsə də, digərləri paylaşımın diqqət çəkmək üçün edildiyini bildiriblər. 

Seçilən
22
milli.az

1Mənbələr