Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Tbilisi, 12 mart AZƏRTAC
Ötən il Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyalar 1 milyard 689 milyon dollar təşkil edib. Bu u da 2024-cü illə müqayisədə 119 milyon dollar və ya 7,6 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumtin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, bu, ölkənin davamlı iqtisadi inkişafı üçün vacibdir. Baş nazir qeyd edib ki, yanvar ayında 7,9 faiz iqtisadi artım qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.