AZ

Slovakiya Prezidentinin müşaviri: Aİ ölkələrində şovinist partiyalar daha da vüsət alır

Beynəlxalq hüquqa əsaslanan nizamın pozulduğunu deyən zaman, elə görünür ki, biz bu nizamı qəsdən pozmağa çalışırıq.

APA xəbər verir ki, bunu Slovakiya Prezidentinin xarici siyasət və Beynəlxalq Əlaqələr üzrə müşaviri Jan Kubis XIII Qlobal Bakı Forumunda, “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsindəki çıxışı zamanı deyib.

“Hamı beynəlxalq hüquqa əsaslanan sistemin sonunun çatdığını deyir. Amma düşünürəm ki, bu belə deyil. Xalqların böyük əksəriyyəti beynəlxalq hüquqa əsaslanan nizama sadiqdirlər. Sadəcə, bir neçə ölkə bu nizamı pozur. Biz beynəlxalq hüquq nizamının bitdiyini deyən zaman elə çıxır ki, biz onu məqsədli şəkildə onu pozmağa çalışırıq. Biz bununla mübarizə aparmalıyıq. Aqressiv millətçiliyə qarşı mübarizə aparmalıyıq. Xüsusən, Aİ ölkələrində şovinist partiyalar daha da vüsət alır. Populist millətçi, sağçı partiyalar Aİ ölkələrində güclənir. Biz bununla mübarizə aparmalıyıq”.

Seçilən
20
2
apa.az

3Mənbələr