İranın yeni Ali Rəhbəri Müctəba Xamenei xalqa müraciət edəcək.
Hafta.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Bildirilib ki, Ali Rəhbərin ilk mesajı yaxın dəqiqələrdə yayımlanacaq.
Məlumata görə, onun müraciəti İslam Respublikası üçün mühüm əhəmiyyət daşıyan 7 məsələni əhatə edəcək.
Bunlar İranın Ali Rəhbəri Əli Xameneinin (Müctəba Xameneinin atası) ABŞ və İsrailin hava zərəbələri nəticəsində öldürülməsi, ölkədə yaranmış vəziyyətdə xalqın rolu və vəzifələri, Silahlı Qüvvələrin qarşısında duran vəzifələr, icra strukturları, müqavimət cəbhəsi, eləcə də region ölkələri və İranın düşmənləri ilə münasibətləridir. dair mühüm məqamların yer alacağı bildirilir.
Xatırladaq ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində öldürülüb.
İslam Respublikasının Ekspertlər Şurası martın 9-da Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni Ali Rəhbəri seçib.
Lakin o, indiyədək ictimaiyyət qarşısına çıxmayıb. Nəticədə Müctəba Xameneinin durumu ilə bağlı çoxlu şayiələr yayılıb. Bəzi iddialara görə, ABŞ və İsrailin zərbələri nəticəsində Ali Rəhbər ağır yaralanıb, əməliyyat olunub və hazırda xəstəxanadadır.
İran Dövlət Teleradiosunun keçmiş aparıcısı Ehsan Kərəmi “X” hesabında Müctəba Xameneinin mədəsindən və ayağından ciddi zədə aldığı barədə paylaşım edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi yeni Ali Rəhbərin yaralandığını təsdiqləyib. Bildirib ki, o, hazırda müalicə alır./yenisabah/