Ses qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Günümüzü arzuolunmaz nəticələrindən bir də süni intellekt vasitəsi ilə insanların şantaj edilməsi, təhqirlərə məruz qalmasıdır. Bəzi hallarda dələduzlar süni intellekt vasitəsi ilə insanların səsini, görünüşünü dəyişib sosial şəbəkələrdə paylaşırlar. Şəkilin silinməsi üçün şantaj olunan şəxsdən pul tələb edilir. Zərərçəkən ictimai müzakirə mövzusu olmamaq üçün dələduzların tələbini yerinə yetirməyə məcbur olur. Azərbaycanda süni intellektlə bağlı yeni hüquqi dəyişikliklər edilməsi ilə sosial şəbəkələrdə meydan sulayan dələduzların hüquqi cəhətdən məsuliyyətə cəlb olunmalarına imkan yaradacaq. Dəyişikliyə əsasən şəxsin razılığı olmadan onun səsi və ya görüntüsündən istifadə edərək süni intellekt vasitəsilə saxta foto, video və ya audio hazırlamaq və yaymaq aşağıdakı cəzalara səbəb olacaq:
3000 – 7000 manat məbləğində cərimə
və ya
360 – 480 saat ictimai işlər
və ya
3 ilədək azadlığın məhdudlaşdırılması
və ya
- 3 ilədək azadlıqdan məhrumetmə (həbs)
- Əgər bu əməl aşağıdakı hallarda törədilərsə:
- bir neçə nəfərə qarşı həyata keçirilərsə
- qabaqcadan əlbir olan qrup tərəfindən edilərsə
- şəxsi nüfuzdan salmaq və ya reputasiyaya zərər vurmaq məqsədi daşıyarsa
- 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə
- Pornoqrafik və ya seksual xarakterli deepfake materialların hazırlanması və yayılması
- 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə
- Məlumatlandırma tələbi
Süni intellekt vasitəsilə hazırlanmış foto, video və ya digər vizual materiallar yayımlanarkən, onların süni intellekt tərəfindən yaradıldığı açıq şəkildə göstərilməlidir.
İlham
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.