AZ

İrandakı müharibə bu ölkəyə də sıçradı: Onlarla ölü var

Turkstan.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hərbi əməliyyatlar bölgədəki təhlükəsizlik balansını kökündən dəyişdirdi.

Turkustan.az xəbər verir ki, münaqişənin 13-cü günündə İran İsrail ərazisinə genişmiqyaslı raket hücumu etdi. Təl-Əviv də daxil olmaqla, ölkədəki bir çox strateji yerlər hədəfə alındı ​​və İsrail hava hücumundan müdafiə sistemlərinin gərgin səylərinə baxmayaraq, sirenlər səslənməyə davam etdi.İraqda Xalq Səfərbərlik Qüvvələrinə (Həşd əş-Şabi) məxsus mövqelərə edilən gecə hava hücumlarında 39 nəfər həlak olub.İraqın qərbində , Suriya sərhədi yaxınlığında yerləşən Ənbar əyalətinin Akkaşat bölgəsində Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) 19-cu Briqadasına məxsus qərargah ABŞ döyüş təyyarələri tərəfindən ağır bombardman edilib. Yerli mənbələr ilkin qiymətləndirmələrə görə, hücum nəticəsində 35 XSQ üzvü həlak olub, 90-dan çoxu yaralanıb. Qərargahın tamamilə dağıldığı və dağıntılar altında qalanlar səbəbindən ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqlar olduğu bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
1
icma.az

2Mənbələr