BAKI, 12 mart. TELEQRAF
Hazırda Lənkəran Beynəlxalq Hava Limanında İrana göndərilməsi nəzərdə tutulan humanitar yüklərin boşaldılmasına başlanılıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, yüklərin qəbul mərasimində Rusiya Federasiyasının Azərbaycandakı səfiri, həmçinin İran İslam Respublikasının Azərbaycandakı səfiri iştirak edir.
İranın Azərbaycandakı səfiri mediaya verdiyi açıqlamada bildirib ki, Azərbaycan bu çətin günlərdə İrana göstərdiyi humanitar dəstəyə görə xüsusi təşəkkürə layiqdir.
O, həmçinin Azərbaycanın humanitar yüklərin çatdırılması üçün öz quru və hava yollarından istifadə olunmasına şərait yaratdığına görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.