AZ

Misirin nüfuzlu qəzetində azərbaycanlı alimin geniş müsahibəsi dərc olunub

Bakı. TurkicWorld

Misirin nüfuzlu “əl‑Vafd” qəzetində Misir‑Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun geniş müsahibəsi dərc olunub.

TurkicWorld xəbər verir ki,müsahibədə alim rəhbərlik etdiyi cəmiyyətin fəaliyyəti, Azərbaycan ilə Misir arasındakı tarixi və mədəni əlaqələr haqqında danışıb. Qeyd olunub ki, iki ölkə prezidentinin qarşılıqlı səfərləri siyasi, iqtisadi və ticarət münasibətlərinin daha da inkişafına mühüm töhfə verib.

S.Nəsirov müsahibəsində Azərbaycanın İslamofobiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi mühüm təşəbbüslərdən də bəhs edib. O bildirib ki, Azərbaycan bu istiqamətdə beynəlxalq səviyyədə fəal mövqe nümayiş etdirir və İslamofobiya ilə mübarizəyə xüsusi önəm verir.

Müsahibədə qeyd olunub ki, Azərbaycanda İslamofobiyaya qarşı mübarizəyə həsr olunmuş bir sıra beynəlxalq konfranslar və tədbirlər təşkil edilir. Bu tədbirlər müxtəlif ölkələrdən alimləri, ekspertləri və ictimai xadimləri bir araya gətirərək problemin müzakirəsinə və ona qarşı birgə mübarizəyə töhfə verir.

Tədqiqatçı-alim Misirlə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu da vurğulayıb. O bildirib ki, 25 ildən artıq müddətdə apardığı elmi tədqiqatlar iki ölkə arasında münasibətlərin tarixən güclü olduğunu göstərir. Onun sözlərinə görə, tarix boyu çoxlu sayda azərbaycanlı alim və ziyalı Misirdə fəaliyyət göstərmiş, burada təhsil almış və müxtəlif yüksək vəzifələrdə çalışmışdır. Bu gün də Misirin kitabxanalarında azərbaycanlı alimlərə məxsus çoxsaylı əsərlər və qiymətli əlyazmalar qorunub saxlanılır.

Müsahibədə Seymur Nəsirov qeyd edib ki, ötən ilin sentyabr ayında Misir Prezidenti tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif olunması da Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olmasının bariz göstəricilərindən biridir.

Seçilən
38
7
turkic.world

8Mənbələr