AZ

Zelenski ABŞ dan dronların birgə istehsalı üzrə sazişin təsdiqini gözləyir

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin ABŞ ilə Ukrayna arasında pilotsuz uçuş aparatlarının istehsalına dair sazişi hələ də təsdiqləmədiyini bildirib.

 "Cebheinfo.az" xəbər verir ki, "Report"un məlumatına görə, o bunu "Politico"ya müsahibəsində bəyan edib.

"Biz ABŞ ilə dronların istehsalı üzrə böyük saziş imzalamaq istəyirdik, lakin bunun üçün Ağ Evin təsdiqi lazım idi. Söhbət müxtəlif növ dronlardan və hava hücumundan müdafiə sistemlərindən gedirdi. Onlar vahid sistem kimi işləyir və yüzlərlə və ya minlərlə İran "Shahed"lərindən və raketlərdən qoruya bilər", - o qeyd edib.

Bununla yanaşı o bildirib ki, Ukraynanın hələ ki bu sənədi imzalamaq imkanı olmayıb: "Ümid edirəm ki, ola bilsin, amerikalı dostlarımız indi belə bir qərara, xüsusən Yaxın Şərqdə müşahidə etdiyimiz çağırışlardan sonra daha meyilli olacaqlar".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
58
2
cebheinfo.az

3Mənbələr