AZ

“Şəfa”nın kapitanı: “Bu, bizdə xəstəlik kimidir”

“Birinci Liqanın son dövrəsinin oyunlarını keçiririk. Bütün qazanılan xallar bizə vacibdir. Mövsüm ərzində məğlub olmasaq da, heç-heçələrimiz fikirləşdiyimizdən çox olub. Bunun üçün narahatıq”.

Bu fikirləri “Şəfa”nın futbolçusu Tərlan Quliyev səsləndirib.

Təcrübəli müdafiəçi ötən gün kapitanı olduğu komandanın Birinci Liqanın 18-ci turunda “Şimal”a qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb.

“42 xalla turnir cədvəlində liderik. Plan üzrə davam edirik. “Şimal” ilə qarşılaşmanı 3 futbolçumuz sarı vərəqə limitinə görə buraxırdı. Bundan başqa 2-3 oyunçu zədə səbəbindən iştirak edə bilmirdi. Bu, futbolda normal haldır. Birinci hissənin sönük keçdiyini deməzdim. Rəqiblər bizimlə matçlarda müdafiəyəyə çəkilir. Elə olur ki, 5-6 mərkəz müdafiəçisi ilə çıxış edirlər. İlk hissədə 3-4 real qol imkanımız oldu, dəyərləndirə bilmədik. Bu, bizdə xəstəlik kimidir (gülür). “Baku Sportinq”lə dueldə 6 şansımız oldu, 1-dən istifadə edə bildik. Təbii ki, bu azdır. Qarşıda “Şahdağ Qusar”la çətin səfər matçımız var. Var gücümüzlə həmin oyuna hazırlaşırıq”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, “Şimal” - “Şəfa” matçı qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz
Seçilən
58
1
idman.biz

2Mənbələr