AZ

Britaniya şirkətinin Azərbaycanda qızıl hasilatı 850 min unsiyanı ötüb

ain.az, Apa.az saytına istinadən bildirir.

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkətinin qızıl hasilatı fəaliyyətə başladığı 2009-cu ildən bu il yanvar ayının sonuna kimi 850 min unsiyanı ötüb.

"APA-Economics" bu barədə mədən şirkətinə istinadən xəbər verir. Şirkətin açıqlamasına əsasən, indiyədək ümumi istehsal təxminən 851 min unsiya qızıl, 1,9 milyon unsiya gümüş və 30 min tondan çox misdən ibarət olub. Bu göstəricilər birlikdə 1 milyon qızıl ekvivalent unsiyadan artıq istehsala bərabərdir.

Qeyd olunub ki, şirkət ötən il aktiv portfelini genişləndirərək Azərbaycanın Gilar yeraltı mis-qızıl mədəni və Dəmirli açıq mis yatağını istismara verib. Bu layihələrin töhfəsi ilə 2026-cı ildə mis istehsalının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Şirkətin vitse-prezidenti Stephen Westhead bildirib ki, əldə olunan nəticə əməliyyatların davamlı genişlənməsi və istehsal imkanlarının artırılması hesabına mümkün olub.

Xatırladaq ki, “Anglo Asian” 1997-ci il avqustun 21-də imzalanan hasilatın pay bölgüsü (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
46
5
apa.az

6Mənbələr