AZ

Avropa Komissiyası bu ölkələrdən sərt tədbirlər görülməsini tələb etdi

Avropa Komissiyası  Belçika, Bolqarıstan və Sloveniya hökumətlərinə Avropa Parlamenti və Aİ Şurasının sanksiyaları pozan hərəkətləri cinayət hesab edən direktivini milli qanunvericiliyə daxil etmələri üçün rəsmi müraciət göndərib. Məlumata görə, bu ölkələr direktivin qanunvericilikdə tətbiqi barədə məlumat verməyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Avropa Komissiyası ölkələrə iki ay müddətində cavab vermək və zəruri tədbirləri görmək üçün vaxt verib. Əgər tədbir görülməsə, Komissiya maliyyə sanksiyalarının tətbiqini tələb edə bilər.

Direktiv, əsasən, Avropa İttifaqının Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalardan yayınma hallarının qarşısını almağa yönəlib.

Sanksiyanın milli qanunvericiliyə daxil edilməsi üçün son tarix may 2025-ci il idi. 2025-ci ilin iyul ayında Avropa Komissiyası 18 ölkəyə (Belçika, Bolqarıstan, Çexiya, Almaniya, İrlandiya, Yunanıstan, İspaniya, Fransa, Xorvatiya, İtaliya, Kipr, Macarıstan, Malta, Avstriya, Polşa, Portuqaliya, Rumıniya və Sloveniya) direktivin tətbiqi barədə tam məlumat təqdim etmədiklərinə görə xəbərdarlıq göndərmişdi. Daha sonra Kipr, Macarıstan və Çexiya milli qanunlarını təsdiqləmiş, lakin Belçika, Bolqarıstan və Sloveniya hələ də tələb olunan tədbirləri görməyib.

Seçilən
39
ikisahil.az

1Mənbələr