AZ

Maduroya nə oldu?

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Venesuela prezidenti Nikolas Maduro ABŞ həbsxanalarının birində cəza kamerasında saxlanılır. 

Milli.Az xəbər verir ki, bu barədə İspaniyanın "ABC" qəzeti məlumat dərc edib. 

Nəşrin məlumatına görə, Maduro təknəfərlik kameraya yerləşdirilib. Ona həftədə üç dəfə bir saatlıq əl və ayaq qandalları və iki mühafizəçinin müşayiəti ilə kameradan çıxmağa icazə verilir. 

Məlumata görə, Maduronun gecələr kamerasından ispan dilində ucadan danışır. Venesuela prezidenti qaçırıldığı və pis rəftar edildiyindən şikayətlənir.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı ABŞ ordusunun elit xüsusi təyinatlı bölməsi "Delta Force" tərəfindən yanvarın 3-də saxlanılıb. 

Mili.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
1
news.milli.az

2Mənbələr