AZ

"Anglo Asian Mining" Azərbaycanda 1 milyon unsiyadan çox qızıl ekvivalenti hasil edib

Bakı. Trend:

"Anglo Asian Mining" şirkətinin Azərbaycandakı mədənləri mühümistehsal mərhələsinə çatıb — 2009-cu ildə fəaliyyətə başladığıvaxtdan bəri bir milyon unsiyadan çox qızıl ekvivalenti hasiledilib.

Trend bu barədəşirkətə istinadən məlumat verir.

Şirkət qızıl və gümüş hasilatına Gədəbəy yatağının açıqmədənində başlayıb. 2025-ci ildə genişlənmə strategiyasıçərçivəsində "Anglo Asian Mining" çoxaktivli istehsalçıyaçevrilərək "Gilar" yeraltı mis-qızıl mədənini və Dəmirli miskarxanasını istismara verib.

Bu dəyişikliklərdən sonra şirkət təsdiqləyib ki, 2026-cı ilinyanvar ayının sonuna olan məlumata görə, fəaliyyətə başladığıvaxtdan ümumi istehsal həcmi bir milyon unsiyanı aşan qızılekvivalentinə çatıb. Bunun tərkibinə təxminən 851 min unsiya qızıl,1,9 milyon unsiya gümüş və 30 min tondan çox mis daxildir.

Şirkət fevral ayında bildirmişdi ki, 2026-cı il dönüş nöqtəsiola bilər: 2025-ci ildə istismara verilmiş Gilar və Dəmirlimədənlərində hasilatın artması hesabına mis istehsalının üç dəfəartacağı gözlənilir.

“Bizim üçün bu mərhələyə - bir milyon unsiyadan artıq qızılekvivalenti hasilatına - çatmağımızı qeyd etmək vacibdir. Sonillərdə istehsal imkanlarımız xeyli genişlənib, ötən il çoxaktivlimodelə keçid isə şirkətin inkişafında mühüm mərhələ olub. İstehsalgüclərimizin davamlı inkişafı sayəsində mümkün olmuş bu mühümnəticə münasibətilə bütün komandamızı təbrik edirəm”, - deyə "AngloAsian Mining" şirkətinin vitse-prezidenti Stiven Vesthedbildirib.

Bu dəyişikliklərdən sonra şirkət təsdiqləyib ki, 2026-cı ilinyanvar ayının sonuna olan məlumata görə, fəaliyyətə başladığıvaxtdan ümumi istehsal həcmi bir milyon unsiyanı aşan qızılekvivalentinə çatıb. Bunun tərkibinə təxminən 851 min unsiya qızıl,1,9 milyon unsiya gümüş və 30 min tondan çox mis daxildir.

Məqalədə:
Seçilən
74
az.trend.az

1Mənbələr