AZ

KƏŞ in Baş katibi BMT TŞ də İranın Körfəz ölkələrinə hücumu ilə bağlı qəbul edilən qətnaməni alqışlayıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim bin Məhəmməd Əl Budavi BMT Təhlükəsizlik Şurasının İranın KƏŞ dövlətlərinə və İordaniya Haşimilər Krallığına qarşı həyata keçirdiyi dəhşətli hərbi əməliyyatları pisləyən qətnaməsini alqışlayıb.

AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Baş katibin sözlərinə görə, misli görünməmiş qlobal konsensusla gələn bu beynəlxalq qınaq İranın KƏŞ dövlətlərində və İordaniyada dinc sakinləri, mülki obyektləri və infrastrukturu hədəf alaraq beynəlxalq qanunları, normaları və konvensiyaları pozmasının açıq sübutudur.

O qeyd edib ki, qətnamənin BMT-nin 136 üzv dövləti tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyətin İranın KƏŞ dövlətlərinin və İordaniyanın suverenliyinə hücumları ilə təmsil olunan ciddi pozuntunu və onların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq cavab vermək hüququnu tam şəkildə tanıdığını nümayiş etdirir. Maddə silahlı təcavüz halında dövlətlərin fərdi və kollektiv şəkildə özünümüdafiə hüququnu təmin edir və suverenliyi, təhlükəsizliyi və sabitliyi qorumaq üçün bütün zəruri tədbirləri nəzərdə tutur.

Baş katib izah edib ki, Təhlükəsizlik Şurasının qətnaməsi Körfəz Əməkdaşlıq Şurası dövlətlərinin və İordaniyanın ərazi bütövlüyünə, eləcə də onların suverenliyinə və siyasi müstəqilliyinə qəti dəstəyi bir daha təsdiqləyir. O əlavə edib ki, qətnamədə, həmçinin Körfəz regionunun beynəlxalq sülh və təhlükəsizlik üçün əhəmiyyəti, onun qlobal iqtisadiyyatın sabitliyində həyati rolu vurğulanır. Bu qətnamə hərbi əməliyyatlarda iştirak etməyən sahil dövlətlərinin bütün limanlarına və obyektlərinə gedən gəmilərin naviqasiya hüququnu bir daha təsdiqləyir.

Əl Budavi, həmçinin bu qətnaməni təqdim etdiklərinə və bu gün onun qəbul edilməsini təmin etmək üçün beynəlxalq səyləri səfərbər etdiklərinə görə Körfəz Əməkdaşlıq Şurası dövlətlərinin və İordaniyanın nümayəndələrinə minnətdarlığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
azertag.az

2Mənbələr