AZ

Rusiyadan İrana göndərilən humanitar yardımla yüklü təyyarə Lənkəran aeroportuna eniş edib - FOTO

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrana göndərdiyi humanitar yardımla yüklü təyyarə Lənkəran Beynəlxalq Hava Limanına eniş edib.

APA-nın cənub bürosunun xəbərinə görə, dərman preparatları və ləvazimatlardan ibarət olan yardım Lənkəranda İran Qızıl Aypara Cəmiyyətinə məxsus yük maşınlarına yüklənəcək, Astara dövlət sərhədi buraxılış məntəqəsindən keçməklə göndəriləcək.

Qeyd edək ki, Rusiyadan İrana 13 ton tibbi vasitələr göndərildiyi bildirilib.

Rusiyadan Rusiyadan Rusiyadan Rusiyadan Rusiyadan Rusiyadan
Seçilən
51
10
apa.az

10Mənbələr