"Trendyol"un günlük ortalama ziyarətçi sayı 20 milyondan çoxdur.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən tədbirdə "Trendyol" şirkətinin Tənzimləmə, Marketinq və Reklam şöbəsinin müdiri Erdem Biçer deyib.
Onun sözlərinə görə, platformadan aktiv şəkildə istifadə edən alıcıların sayı 40 milyonu ötüb:
"Trendyol"un Türkiyə və qlobalda ümumi məhsul satışı bir milyardı ötüb. Hazırda aktiv satıcı sayı isə 250 mindən çoxdur".
"Ümumiyyətlə, rəqəmsal dünyada istehlakçılara sadəcə "alıcı" kimi baxmaq düzgün deyil. İstehlakçılar data, gözlənti və haqq sahibidir. Elektron ticarət sadəcə "alış-veriş" deyil. İnam, şəffaflıq, data etibarlılığı və məsuliyyət deməkdir", - deyə o, bildirib.